Xəzər Dənizində bədbəxt hadisə Ölən var

19.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb və həyatını itirib.

Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, "ASCO Nəqliyyat" MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.

"Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır", - deyə açıqlamada bildirilir.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью