Xəzər dənizində bədbəxt hadisə: ölən var

19.11.2024

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb və həyatını itirib.

Axar.az xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ASC-nin Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, ASCO Nəqliyyat MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.

"Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır", - deyə açıqlamada bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью