Xəzər dənizində həlak olan daha iki hərbçinin cəsədi tapıldı

25.09.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəzər dənizində itkin düşmüş iki qazax hərbi qulluqçunun cəsədi tapılıb.

Bu barədə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat verilib.

Nazirlik həmçinin Xəzər dənizi akvatoriyasında axtarış əməliyyatının başa çatdığını bəyan edib.

"Bu gün, 25 sentyabr, təxminən saat 9:15-də fasiləsiz davam edən axtarış-xilasetmə əməliyyatları zamanı daha əvvəl itkin düşmüş iki hərbçinin - serjant Mansur Qumarov və matros Miras Turdıbekulının cəsədləri tapılıb", - deyə nazirlik qeyd edib.

Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin rəhbərliyi və şəxsi heyəti ölən hərbçilərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Ölənlərin ailələrinə bütün lazımi hərtərəfli, maddi və psixoloji yardım göstəriləcək.

Xatırladaq ki, sentyabrın 24-də təlim-döyüş tapşırığı zamanı hava şəraitinin qəfil və kəskin pisləşməsi və güclü külək səbəbindən Xəzər dənizində 17 hərbçini su aparıb. 3 nəfər xilas edilib, 12 nəfər həlak olub (siyahı dərc edilib) və iki nəfərin axtarışı davam edirdi, hazırda isə bütün ölənlər tapılıblar.

Faktla bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb. Müstəntiqlər 30-dan çox hərbçini dindirib və şübhəlilər müəyyən ediliblər.

Bu gün Qazaxıstanda Milli Matəm Günü elan edilib. /oxu.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью