Xəzər dənizində yenə zəlzələ oldu YENİLƏNİB

07.04.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Xəzərdə zəlzələ qeydə alınıb.

Bu barədə Lent.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

3 bal gücündə olan yeraltı təkan yerli vaxtla 07:35-də, 72 km dərinlikdə baş verib.

***

06:53

Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, 05:55-də baş verən yeraltı təkanın ocağı 77 kilometr dərinlikdə yerləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью