Xəzər dənizində zəlzələ qeydə alınıb AZƏRTAC

28.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 12:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,6-ya bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью