Xəzər dənizindən qum çınqıl oğurlayanlar KONKRET

07.12.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb.

Bu haqda KONKRET.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib:

Bildirilib ki, polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlərlə Xəzər dənizinin kənarından qeyri-qanuni qum-çınqıl daşınmasını həyata keçirən 34 yaşlı M.Hüseynov, “Hovo” markalı markalı yük avtomobilinin sürücüsü 41 yaşlı Z.Vəlizadə, “Shacman” markalı yük avtomobillərinin sürücüləri 26 yaşlı M.Məmmədov və 42 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью