Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin sonlarında Xəzər dənizində beynəlxalq tərəfdaşlarla birlikdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlanılacaq.
Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi qlobal miqyasda ekoloji çağırışdır və bu bütün Xəzəryanı ölkələrin qarşısında duran məsələdir:
"Hazırda Xəzər dənizində dəniz suyunun enməsi ilə bağlı limanda texniki problemlər müşahidə edilmir. Lakin Bakı limanı olaraq qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə artıq zəruri tədbirlər həyata keçirilik. Yay aylarında dəniz dibinin dərinləşdirilməsi ilə bağlı beynəlxalq tender elan edilib. Artıq tenderin nəticələrini qiymətləndiririk. Yaxın günlərdə yekun müqavilə şərtlərinin razılaşdırılması nəzərdə tutulur. Düşünürəm ki, 2026-cı ilin sonlarında artıq Xəzər dənizində fiziki olaraq beynəlxalq tərəfdaşlarla birlikdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq".
Baş direktor əlavə edib ki, bu prosesin təxminən bir il yarım davam edəcəyi nəzərdə tutulur:
"Bununla bağlı bütün texniki hazırlıq işləri, dəniz dibinin öyrənilməsi, batimetriya tədbirləri tərəfimizdən həyata keçirilib. Bu qabaqlayıcı tədbirdir və hazırda dəniz səviyyəsinin dəyişməsi ilə bağlı limanda texniki və gəmi qəbulu ilə bağlı məhdudiyyətlər müşahidə olunmur". (Report.az)
Bizim.Media