Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir

31.01.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cenevrə, 31 yanvar, AZƏRTAC

Mənə elə gəlir ki, biz addım-addım müxtəlif proseslərdə, məsələn, Bakıda keçiriləcək WUF13 çərçivəsində və eləcə də ondan öncə təşkil olunacaq müxtəlif tədbirlər çərçivəsində bu təşəbbüsü gücləndirib, Xəzər dənizinin problemlərini dünyaya daha çox çatdırıb, beynəlxalq əməkdaşlıq və müxtəlif layihələr çərçivəsində ayrı-ayrı problemlərin həllinə doğru müsbət töhfə verə və nəticələrə nail ola biləcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Cenevrədə təşkil olunan “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələrdə məruzəçi kimi çıxış edən Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri, okeanoloq, xəzərşünas Elnur Səfərov bildirib.

O qeyd edib ki, Xəzər dənizinin problemlərinə həsr olunmuş panel müzakirələrdə istər BMT qurumları, istər alimlər, istərsə də müxtəlif təşkilatların iştirakı ilə maraqlı fikir mübadiləsi aparılıb: “Xüsusilə də Leyla Əliyevanın bu tədbirə qatılması və bu işlərin mərkəzləşdirilmiş formada təşkil etməsi çox təqdirəlayiq haldır. Xəzərlə bağlı çoxlu toplantı və iclaslar olur, lakin nəticələrə gələ bilmirik. Bu gün isə biz real faktlar əsasında Xəzər dənizinin ekoloji problemləri – səviyyənin dəyişməsi fonunda digər çirklənmə və biomüxtəliflik problemlərinə toxunduq”.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью