Xəzər dənizinin səviyyəsi rekord həddə enib

21.07.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İnstitutunun Volqa-Xəzər bölməsi məlumat yayıb.

Dəniz səviyyəsinin enməsi, xüsusən ən dayaz şimal hissədə, Rusiya və Qazaxıstan akvatoriyasında özünü göstərir.

Məlumatda qeyd olunur ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq enməyə başlayıb. 2020-ci ildən bəri Xəzərin səviyyəsi, demək olar ki, 0.8 metr azalıb.

"Azalma dənizdə əsas su mənbəyi olan Volqanın illik axınının zəifləməsi fonunda baş verib. Şirin su axınının azalması davam edir", - Okeanoqrafiya İnstitutunun məlumatında qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью