Icma.az bildirir, Oxu.az portalına istinadən. Rusiya alimləri Xəzər dənizinin şimal hissəsində suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar
Ada üçün ad seçilir. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitut
"Hərtərəfli ekspedisiya zamanı alimlər Malıy Jemçujnı adasından 30 km cənub-qərbdə yeni adanın mövcudluğunu təsdiq edə biliblər.
İlkin olaraq, ada Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Xəzər filialının əməkdaşları tərəfindən 2024-cü ilin noyabr ayında kosmos görüntülərində aşkar edilib, lakin onun mövcudluğu məsələsi son vaxtlara qədər mübahisəli olaraq qalıb.
Kəşf edilən ada Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində yaranıb", - deyə məlumatda bildirilir.
Ekspedisiya adanın şimal hissəsinə yaxınlaşa bilib, lakin onu əhatə edən dayaz sular və hava şəraiti səbəbindən sahilə enmək mümkün olmayıb.
Buna baxmayaraq, kvadrokopterdən gələn görüntülərdə ada aydın şəkildə görünür.
Yaxın vaxtlarda alimlər yeni adanın ilkin təsvirini verəcək və onun coğrafi adı ilə bağlı təkliflər irəli sürəcəklər.