Xəzər dənizinin yox olma riski var? Rusiyalı alimdən təəccübləndirən AÇIQLAMA

04.04.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Xəzər dənizi yaxın gələcəkdə yox olmayacaq və onun suyunun səviyyəsi isə illər ərzində azaldıqdan sonra tarazlıq vəziyyətinə çatıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun baş elmi işçisi Mixail Bolqov "RİA Novosti" agentliyinə səsləndirib.
 

Onun sözlərinə görə, suyun səviyyəsinin yaxın illərdə sabitləşməsi gözlənilir. O qeyd edib ki, təxminən 20 illik azalmadan sonra səviyyə müəyyən bir tarazlıq dəyərinə çatıb və hazırda geniş diapazonda dəyişə bilər, lakin kəskin, xüsusən də onlarla metr azalma gözlənilmir.


Qeyd edildiyi kimi, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından bəri azalır. 2025-ci ildə Xəzərin səviyyəsi tarixi minimuma - mənfi 29 metrdən aşağı səviyyəyə çatıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью