“Xəzər Lənkəran” öz qapılarını futbolun üzünə açdı

23.04.2025

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Region Liqasında qrup mərhələsinə yekun vurulub.

A qrupunun son oyununda «Record»la «Şirvanovka» üz-üzə gəlib.

4:2 hesablı qalibiyyətə sevinən birincilər liderliyi özü üçün təmin edib. Burada «İnşaatçı» sonuncu yeri tutub.

B qrupunda «Dirçəliş» Bakıda «Xanlıq» üzərində 7:0-lıq qalibiyyət əldə edərək ikinci olub və pley-off mərhələsinə yüksəlib.

«Xudat City» C qrupunda hamını qabaqlayıb. Bəhmən Həsənovun çalışdırdığı kollektiv «Topçular»ı Mucuq kəndindən məğlub yola salıb.

«Ərgünəş» son həftədə meydana çıxmayıb. D qrupunun iştirakçısı olan Füzuli komandası «Marafon»la qarşılaşmaq üçün Sabirabada yollanmayıb.

E qrupunda İmişli derbisi baş tutub. 21 ildən sonra fəaliyyətini bərpa edən «Lokomotiv»in «Araz»la dueli 5:1 bitib.

«Lənkəran» F qrupundan çıxa bilməyib. Yerli kollektivin «Xəzər Lənkəran» mərkəzi stadionunda keçirilən oyunda «Biləsuvar»a müqavimət göstərməyə gücü çatmayıb.

«Ağstafa Gəncləri» qarşısına qoyulan məqsədə çatıb. Adıçəkilən komanda debütant «Tərtər»ə 3 cavabsız qol vurub.

A qrupu

VII tur

Oyun

Tarix

Stadion

Nəticə

Lokomotiv Baku-ŞKGB

20.04.2025

ASK Arena IV

5

3

Record Club-Şirvanovka FK

20.04.2025

Rekord Arena

4

2

İnşaatçı PİK-Ramana FK

20.04.2025

ASK Arena IV

1

2

Atidel PFK-Gənclər PFM

20.04.2025

ASK Arena

1

2

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью