Xəzər rayonu ərazisində silsilə talama hadisələri qeydə alınıb

18.04.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Xəzər rayonu ərazisində silsilə talama hadisələri qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən SİA-ya bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью