Xəzər rayonun bu ərazisinin qazı KƏSİLƏCƏK

28.05.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabah saat 10:00-dan Bakının Xəzər rayonunun Qala qəsəbəsinin Xaşa-Xuna yaşayış massivində və Türkan qəsəbəsində yaşayan istehlakçıların təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, fasiləyə səbəb Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью