Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan M.Abdullayev müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, onda müxtəlif təyinatlı 5000 ədəddən artıq pirotexniki vasitə aşkarlanıb.
Bildirilib ki, faktla bağlı toplanmış material üzrə araşdırmalar davam etdirilir.