Xəzər rayonunda ev yanıb

01.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, bitişik ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları 2 m² sahədə, talvarın altında quraşdırılan 1 ədəd kombi aparatı və 1 ədəd su qızdırıcısı yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью