Xəzər rayonunda Heydər Əliyevin anım günü qeyd olunub FOTOLAR | Icma.az
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, 08 dekabr 2024-cü il tarixində Zirə Mədəniyyət Mərkəzi “EKO-PARK”-da keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, İctimai Şuranın üzvü, tarixçi alim Təvəkkül Səlimov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, rayonun idarə-təşkilat, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş filmə baxıblar.
Tədbirdə çıxış edən Elşən Salahov Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb.
İstər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edərək ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edərək, Ulu Öndərin şah əsəri müasir müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.
Tam oxu
Xəbəri oxu