Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb

20.08.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 49 yaşlı E.İbrahimov və 43 yaşlı V.Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların mənzildən 2100 manat nağd pul və 2200 manat dəyərində qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib. Saxlanılan şəxslərdən şəxsi istifadələri üçün əldə etdikləri narkotik vasitələr də aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью