Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Türkan qəsəbəsində “Xanlar küçəsi 50A” və “Ağaxan Abdullayev küçəsi 28” ünvanları üzrə ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüş keçirilib.
Görüşlərdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov, 6 saylı vərəm əleyhinə dispanserin şöbə müdiri Fariz Kərimov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs ediblər.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası bundan sonra da inamlı qələbələrə imza atacaq.
Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək.
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.
Görüşlərdə təşkilati məsələlərə də baxılıb. Aytən Səfərova “Xanlar küçəsi 50A” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Tükəzban Əmirca
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.