Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 21-də Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Xəzər rayon təşkilatı Aparatının və Xəzər Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərdəkan qəsəbəsində ucaldılmış heykəli önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda mürəkkəb siyasi və sosial-iqtisadi şərait hökm sürürdü.
Bu çətin dövrdə mövcud hakimiyyət ölkəni idarəetməkdə zəiflik göstərir, xalq arasında narazılıq artırdı.
Belə bir şəraitdə ölkənin güclü liderə və milli maraqları təmin edə biləcək bir siyasi qüvvəyə ehtiyacı var idi.