Xəzər sahillərində ekoloji cinayətlərlə mübarizə davam etdirilir

08.07.2025

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji cinayətlərin və inzibati xətaların qarşısının alınması məqsədilə tədbirlər keçirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Bakının Xəzər rayonunda keçirilən növbəti tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkar olunub. Özbaşına tikinti işləri apardığına görə həmin şəxs barəsində inzibati tədbir görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью