Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan televiziya məkanında öz dəsti-xətti, yayım üslubu və geniş tamaşaçı auditoriyası ilə seçilən "Xəzər TV"nin fəaliyyətə başlamasından 19 il ötür.
BAKU.WS xəbər verir ki, 2007-ci il oktyabrın 5-də ilk dəfə efirə çıxan telekanal ötən illər ərzində xəbər, analitika, musiqi, əyləncə və sənədli layihələri ilə televiziya məkanında öz mövqeyini formalaşdırıb.
Fəaliyyətinin ilk illərində məhdud texniki və maddi imkanlarla yola çıxan "Xəzər TV" zaman keçdikcə peşəkar kollektivin və yaradıcı heyətin əməyi sayəsində inkişaf edərək tamaşaçıların maraq göstərdiyi televiziya kanallarından birinə çevrilib.
Telekanal illər ərzində müasir media tələblərinə uyğun olaraq yayım imkanlarını genişləndirib, texniki bazasını yeniləyib və informasiya siyasətində operativliyə xüsusi önəm verib. Tamaşaçıların dünyada və ölkədə baş verən hadisələr barədə daha sürətli məlumatlandırılması məqsədilə müxtəlif ölkələrdə müxbir məntəqələrinin fəaliyyəti təşkil olunub, beynəlxalq media qurumları ilə əməkdaşlıq əlaqələri genişləndirilib.
"Xəzər TV"də həyata keçirilən struktur və texniki yeniliklər də kanalın inkişaf xəttinin əsas istiqamətlərindən biri olub. Müasir texnologiyaların yayım prosesinə inteqrasiyası tamaşaçılara daha keyfiyyətli görüntü və məzmun təqdim edilməsinə imkan yaradıb.
Telekanal ənənəvi televiziya yayımı ilə yanaşı, rəqəmsal media sahəsində də fəaliyyətini genişləndirib. "Xəzər TV"nin sosial media platformalarında və "Telegram" kanalında yayımlanan xəbərlər geniş auditoriyaya çatdırılır.
19 il ərzində Azərbaycan tamaşaçısının qarşısına müxtəlif layihələrlə çıxan "Xəzər TV" bu gün də fəaliyyətini inkişaf etdirərək media sahəsindəki yolunu davam etdirir.
BAKU.WS olaraq "Xəzər TV"nin 19 illik yubileyi münasibətilə kollektivini təbrik edir, kanalın bütün əməkdaşlarına yaradıcılıq uğurları və fəaliyyətlərində yeni nailiyyətlər arzulayırı