Xəzər Universitetində baş verən DƏHŞƏTLİ olayın təfərrüatı: VİDEO

29.05.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Bakıda Xəzər Universitetində tələbənin bıçaqlanmasının təfərrüatı məlum olub.

News24.az-ın məlumatına görə, hadisə günün birinci yarısında universitetin həyətində baş verib.

2005-ci il təvəllüdlü Məhəmməd Vəlizadə qrup yoldaşı, 2005-ci il təvəllüdlü Fərid Əliyevlə iki gün əvvəl dərs zamanı mübahisə edib. Universitetin həyətinə gələn F. Əliyev dərsə girməyib, M.Vəlizadəni gözləyib. M.Vəlizadə universitetin həyətinə daxil olarkən F.Əliyev özü ilə gətirdiyi bıçaqla ona çoxsaylı zərbələr endirib.

Ətraflı RTV-nin sujetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью