Xəzər üzərindən qardaşlıq körpüsü | Icma.az
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkəmizin Qazaxıstanla sıx əməkdaşlığı Türk birliyini daha da gücləndirir Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində bu ölkə lideri Kasım-Jomart Tokayevlə mətbuata bəyanatları iki dövlət arasında münasibətlərin təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi.
Səfər bir tərəfdən, Azərbaycan – Qazaxıstan əlaqələrinin tarixi və strateji əsaslarını möhkəmləndirir, digər tərəfdən, Avrasiya məkanında formalaşan yeni nəqliyyat, enerji və iqtisadi inteqrasiya proseslərinin mərkəzində bu əməkdaşlığın rolunu ön plana çıxarır.
Dövlətimizin başçısı bəyanatında səsləndirdiyi “Azərbaycan və Qazaxıstanın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır” fikri bu günün reallığını dolğun əks etdirir.
Müasir dövrdə dünya iqtisadiyyatının və logistik sistemlərinin əsas xətti artıq Avrasiya qitəsi boyunca çəkilir.
Qlobal ticarət marşrutlarında yaranan dəyişikliklər, xüsusilə Qara dəniz və Baltik istiqamətlərindəki geosiyasi gərginliklər Orta Dəhliz kimi alternativ xətlərin strateji çəkisini artırır.
Bu baxımdan Azərbaycan və Qazaxıstanın qarşılıqlı fəaliyyəti iki dövlətin milli maraqlarına xidmət etməklə bərabər, eyni zamanda, regionda sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün mühüm zəmin yaradır.
Prezident İlham Əliyevin sözləri ilə desək, Qafqaz və Mərkəzi Asiya arasında əlaqələr inkişaf etdikcə və vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə bu inteqrasiya həm də Avrasiyanın siyasi xəritəsini yenidən formalaşdırır.
Tam oxu
Xəbəri oxu