Xəzərdə 200 ə yaxın nərə balığı ölü tapıldı

21.10.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəzər dənizinin Qazaxıstanın Manqistau vilayəti sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb.

Avtosfer.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, oktyabrın 20-də Jayıq-Xəzər Regionlararası Hövzə Balıqçılıq Müfəttişliyinin və Manqistau vilayətinin Balıqçılıq İdarəsinin əməkdaşları birgə reyd keçiriblər. Reyd zamanı Qaraqiya rayonunda, Sarja ərazisi ilə Kumdı adası arasındakı sahil zolağında nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb.

Nazirlikdən bildirilib ki, hadisənin səbəblərini müəyyənləşdirmək və müvafiq tədbirlər görmək məqsədilə xüsusi komissiya yaradılıb.

Ekologiya departamentinin mütəxəssisləri araşdırma aparmaq üçün Xəzər dənizindən su nümunələri götürüblər. Hazırda monitorinq işləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью