Xəzərdə 4 nəfər batıb

06.07.2026

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Üç nəfər xilas edilib: birinin axtarışları davam edir

Mərdəkanda ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı, dənizdə nəzarətsiz ərazidə 4nəfər batıb. AYNA.AZ-a FHN-dən bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin operativ xilasetmə əməliyyatı sayəsində 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib.

Axtarışlar nəticəsində  2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda suda batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью