Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Sentyabr ayından balıq mövsümünün başlaması ilə əlaqədar olaraq yerli bazarlarda qiymətlərdə artım tendensiyası müşahidə olunur. Xüsusilə yerli istehsal olan təzə balıqların qiymətinin idxal olunanlara nisbətən daha baha olacağı proqnozlaşdırılır.
İdxal olunan balıqlar böyük həcmdə və soyuducu konteynerlərlə gətirildiyi üçün qiymətləri nisbətən stabil və ya ucuz olsa da, yerli məhsullarda xərclərin artması qiymətlərə yansıyır. Bazarlarda çəki (sazan) balığının kiloqramı təqribən 10-12 manat, nərə balığı isə növündən və ölçüsündən asılı olaraq daha yüksək qiymətə (45 manatdan yuxarı) təklif olunur. Digər balıq növlərində də artımların olduğu deyilir.
Mütəxəssislərin sözlərinə görə, təbii su hövzələrində balıq ehtiyatlarının azalması qlobal problemdir. Daxili tələbatı ödəyəcək istehsal qıtlığı isə məhz idxal hesabına tamamlanır.
Qeyd edək ki, yerli istehsalı qorumaq və ərzaq təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən balıqçılıq sahəsinə subsidiyaların verilməsinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və akvakultura Mərkəzindən bildirilib ki, Xəzər dənizi və daxili su hövzələrinə balıq körpələrinin buraxılması davam etdirilir. Məqsəd nəsli kəsilməkdə olan nərəkimilər, qızıl balıq və digər vətəgə əhəmiyyətli balıq növlərini bərpa etməkdir. Eyni zamanda son illərdə brokanyerliklə mübarizə də gücləndirilib. İl ərzində qanunsuz ovla məşğul olan onlarla şəxs saxlanılaraq barələrində ciddi tədbirlər görülüb.
Zaur Salmanlı: Farel istehsalının “kafe səviyyəsi”nə enməsinin səbəbi İrandan idxal olunan ucuz farellərdir
“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Zaur Salmanlı Bakıvaxtı.az-a deyib ki, Xəzərdə balıq ehtiyatlarının azalması tendensiyası son 20 ildir davam edir. Ekspert vurğulayıb ki, son bir neçə ildə isə bu məsələ özünü çox qabarıq formada göstərir:
“Yaxın gələcəkdə bu ehtiyatların bərpa olunması, yaxud ən azından stabilləşməsi də heç də gözlənilmir”.
Müsahibimizin sözlərinə görə, İran balıqçıları kifayət qədər rəqabətə davamlı qiymətə farel balığı yetişdirir və çox təəssüf ki, bu gün də gündəmdə olan təzə farel sıfır görmük rüsumu ilə Azərbaycan bazarına daxil olur:
“Son illərdə Azərbaycanda farel balığının istehsalının artıq “kafe səviyyəsi”nə enməsinin də səbəbi İrandan idxal olunan ucuz farellərdir”.
Aydın Baxış