Xəzərdə inşa edilən “Burj əl Ərəb” hotelinin analoqu BELƏ OLACAQ VİDEO

25.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Emin Ağalarov ilk dəfə olaraq Xəzər dənizində inşa edilən “Caspian Dream Liner” hotelinin tikinti prosesini nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, iş adamı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, hotelin tikintisi sürətlə davam edir.
Dubayda yerləşən məşhur “Burj əl Ərəb” hotelinin analoqu adlandırılan hotelin ümumi sahəsi 120 min kvadratmetr və 12 mərtəbədən ibarət olacaq.
İş adamı əvvəllər layihəyə sərmayələri 230-250 milyon dollar həcmində qiymətləndirmişdi.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью