Xəzərdə küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq

24.11.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəzər dənizinin akvatoriyasında müşahidə olunan küləkli hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyindən (DDLA) məlumat verilib.
Bildirilib ki, DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Xəbərdarlığa əsasən, noyabrın 25-də gün ərzində Xəzər dənizinin akvatoriyasında şimal-qərb və şimal küləkləri müşahidə olunacaq.
Küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2,5-3,5 metr, sonrakı inkişafda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью