Xəzərdə naməlum köpüklənmə... Video

25.10.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər Xəzər dənizinin suyunda köpüklənmə müşahidə edilir. Yaranmış vəziyyət sahilboyu su hissəsini əhatə edir.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən bildirilib ki, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib:

"Sudan nümunələr götürülüb və xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib. Analizlərin nəticələri açıqlandıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Həmin görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью