Xəzərdə narkokuryerdən 6 kiloqram heroin və marixuana aşkarlandı FOTO

13.01.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.

Avtosfer.az xəbər verir ki, tədbir zamanı qeyd edilən əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Babək Əhmədov saxlanılıb.

Ondan ümumilikdə 6 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb. B.Əhmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью