Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Xəzər dənizində Rusiyanın Dağıstan Respublikasının Sulak şəhəri yaxınlığında qayıq aşıb. Hadisə nəticəsində iki nəfər itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd İdarəsinin məlumatına görə, hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.
Əməliyyata Rusiya Fövqəladə Hallar Xidmətinin 28 əməkdaşı və 12 texnikası cəlb olunub. Bundan əlavə, nazirlik axtarışlara 7 mütəxəssis və 3 texnika ilə dəstək verir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Murad İsmayıl