Xəzərdə qiyam: Dənizçilərin SOS fəryadı | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır. O gecə Bakının yuxusu ərşə çəkilmişdi.
Hara gəldi atılan ölümsaçan güllələr günahsız insanları qanına qəltan edir, imdad diləyənlərin ah-naləsi qaranlığın bağrını dəlirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Xəzər Dəniz Neft Donanmasının mülki gəmiləri üçün də çox ağır və dəhşətli sınaq oldu.
Həmin gecə iş başında olan kapitan, şair-jurnalist Faiq Balabəyli deyib: “Həmin vaxt “Şirvan” gəmisində çalışırdım.
Növbəti iş tapşırığını yerinə yetirmək üçün Neft Daşları ərazisində idik.
Yanvarın 19-da axşam saatlarında “Şirvan” gəmisi Çilov adası yaxınlığında lövbər ataraq dayanmışdı.
Kayutda olarkən növbətçi matros “Mayak” radiosuna qulaq asan zaman verilişin dayandırılaraq bir nəfərin həyəcan dolu səslə Bakıda qırğın törədildiyini, meyitlərin küçədə qaldığını dediyini eşidib.
Tez radionu açdım. Həyəcanlı səs insanları küçəyə çağırır, meyitləri və yaralıları götürmək üçün yalvarışlar edirdi. Səs qəfil dayandı.
Tam oxu
Xəbəri oxu