Xəzərdə son bir ayda 7 zəlzələ: 2024 bizə son sürprizini edəcək? | Icma.az
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.
Bu, son bir saatda baş verən ikinci zəlzələdir - daha əvvəl baş verən silkələnmə saat 06:40-da 17 kilometr dərinlikdə 3.5 bal gücündə qeydə alınıb.
Ümumilikdə isə dekabr ayında dənizdə baş verən 7-ci təbiət hadisəsidir.
Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb. Bəs görəsən, Xəzərdə nə baş verir?
Ardıcıl zəlzələlərin qeydə alınması normaldır, yoxsa ciddi təhlükənin carçısıdır?
Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin fikirlərini öyrənib.
O, prosesi belə izah edib: "Bizdəki GPS vasitəsilə Yerin üst bərk qatı olan litosferdəki prosesləri izləyirik.
Xəzərdə genişlənmə və sıxılma gedə bilər. Müəyyən müddətdə gərginlik toplanır, laylarda parçalanma olur.
Tam oxu
Xəbəri oxu