Xəzərdə suitilər kütləvi şəkildə tələf olur

05.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Son günlər Qazaxıstanın Mangistau vilayətində Xəzər dənizinin sahilində xeyli sayda ölü suiti qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, sahildə daha 121 ölü suiti aşkar edilib.

Oktyabrın 24-dən 29-dək sahilboyu monitorinqlər zamanı 289 baş heyvanın öldüyü aşkar edilib. Bu bölgədə suitilərin ölüm halları əvvəllər də qeydə alınıb.

Dəniz canlılarının ölüm səbəbləri müvafiq laboratoriya araşdırmalarından sonra məlum olacaq. (Azərtac)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью