Xəzərdə üzən əklillər... Fotolar

26.12.2024

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

AZAL-ın "Bakı - Qroznı" reysi ilə hərəkət edərkən qəzaya uğrayan təyyarənin həlak olan sərnişinlərin xatirəsinə ehtiram əlaməti olaraq Qazaxıstanın Aktau, Kurık və Bautino limanlarında Xəzər dənizinə əklillər buraxılıb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, Manqistau vilayətinin sakinləri Azərbaycan xalqına dəstəyini ifadə edərək, bir daha analoji faciələrin yaşanmamasını arzulayıblar.

Vilayətin akimi Nurdaulet Kilıbay çıxış edərək Qazaxıstan hökumətinin təyyarə qəzası nəticəsində xəsarət alanlara hərtərəfli dəstək göstərdiyini söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью