Xəzərdə yeni ada peyda oldu | Icma.az
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq. Rusiyalı alimlər Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin aşağı düşməsi nəticəsin
Adaya hələlik hər hansı ad qoyulmayıb, lakin bu istiqamətdə iş aparılır.
Sfera.az Trendə istinadən xəbər verir ki, bu haqda Rusiya mediasına Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
“REА-nın Okeanologiya İnstitutu, Oİ-nin Xəzər filialı və Astraxan Dövlət Qoruğunun birgə ekspedisiyası zamanı alimlərə Şimali Xəzərdə, Kiçik Mirvari adasından 30 km cənub-qərbdə yerləşən yeni bir adanın mövcudluğunu təsdiqləmək mümkün olub.
Əvvəlcə bu dayazlığın üzə çıxması 2024-cü ilin noyabrında Oİ-nin Xəzər filialının əməkdaşları tərəfindən kosmik görüntülərdə aşkar edilmişdi, lakin adanın varlığına dair məsələ yaxın vaxtlara qədər mübahisəli olaraq qalırdı.
Aşkar edilən ada Xəzər dənizinin səviyyəsinin enməsi və Orta Mirvari dayazlığının suyun səthinə çıxması nəticəsində yaranıb”, – deyə məlumatda bildirilir.
Ekspedisiyanın ada sahillərinə yaxınlaşması mümkün olub, lakin ətrafının dayaz olması və hava şəraiti ilə əlaqədar sahilə enmək mümkün olmayıb.
Bununla belə, ada kvadrokopter vasitəsilə çəkilmiş görüntülərdə aydın şəkildə görünür.
Tam oxu
Xəbəri oxu