Xəzərdəki balina maketi hansı məqsədlə üzə çıxarılıb? AÇIQLAMA | Icma.az
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Xəzər dənizində naməlum varlıq görünüb və bu qeyri-adi hadisə geniş marağa səbəb olub.
Ətrafda olan şahidlər onun nəhəng ölçüdə olduğunu və suyun səthində bir müddət üzərək yoxa çıxdığını bildiriblər.
Sosial şəbəkələrdə paylaşılan videogörüntülər izləyicilər arasında maraqla qarşılanıb, müxtəlif müzakirələrə yol açıb.
Çoxları bu məxluqun balina olduğunu ehtimal ediblər.Məsələ ilə bağlı Milli.AZ-a AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev açıqlama verərək bildirib ki, həmin məxluq balinaya oxşamır."Çünki balinanın başına aid forması yoxdur.
Bu maket ola bilər. Bunun hansı məqsədlə üzə çıxarıldığını isə biz bilə bilmərik. Bu balinanın maket olması bir çox şəyə işarə edir.
Təxminən 15-20 il əvvəl İslandiyanın Loxnet gölündə dinazavr görünmüşdü, hansı ki, vahiməli şəkildə onların başı və boynu suyun üzərinə çıxmışdı.
Bildiyiniz kimi, dinazavrların nəsli kəsilib. Bəzi qüvvələr siyasi atmosferdə bəzən qarşıdurmalar və gərginliklər olanda belə şeylərdən isti
Tam oxu
Xəbəri oxu