Xəzərdəki “Bermud üçbucağı”nda nə qədər qəza olub? Foto | Icma.az
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer 190” təyyarəsi Aktau hava limanının 3 km-liyində qəzaya uğrayıb.
Axar.az xatırladır ki, bu, Xəzər dənizi üzərində qəzaya uğrayan ilk təyyarə deyil.
1966-cı ilin aprelin 23-də İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğrayıb.
Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib.
Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmayıb.
Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.
2005-ci ilin dekabrın 23-də Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.
Tam oxu
Xəbəri oxu