Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Tehranda Kiyevin Xəzər dənizində İran ticarət gəmisini qəsdən vurduğu barədə məlumatlar var.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
Bəqayi IRIB-in canlı yayımında deyib:
"Zelenskinin açıqlamaları da daxil olmaqla, açıq-aydın dəlillər Ukraynanın İran gəmisini qəsdən vurduğunu göstərir".
Diplomat əlavə edib ki, Tehran Kiyevi etdiklərinə görə məsuliyyətə cəlb etmək üçün bütün tədbirləri görəcək.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi hücumun 25 iyulda baş verdiyini və nəticədə bir heyət üzvünün öldüyünü, digərinin isə yaralandığını bildirmişdi.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin