Xəzərdəki hərbçilərin ölümünə görə məmurlar həbs edildi

25.09.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Xəzər dənizində hərbçilərin ölümü ilə əlaqədar Qazaxıstan Silahlı Qüvvələrin beş rəsmisi saxlanılıb.

"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlik onların adlarını açıqlamayıb.

Lakin açıq mənbələrə əsasən, saxlanılan şəxslərdən biri də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanının birinci müavini Daniyar Xayruşevdir. Digər saxlanılanlar arasında Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi və Baş Komandanın birinci müavini, iki bölmə komandiri, eləcə də dəniz rotası və qayıq komandirləri olub.

Xatırladaq ki, faciə sentyabrın 24-də "Xəzər Korqanı-2026" dəniz təlimi zamanı baş verib. Döyüş təlimi zamanı hava şəraiti kəskin şəkildə pisləşib və 17 hərbçi dənizdə batıb. Onlardan üçü xilas edilib. Sentyabrın 25-i səhəri daha iki itkin düşmüş şəxsin cəsədi tapılıb və ölənlərin sayı 14-ə çatıb.

Qazaxıstanda 25 sentyabr Ümumxalq Matəm Günü elan edilib.

Məhkəməyəqədər araşdırma Qazaxıstan Daxili İşlər Nazirliyinin hərbi istintaq bölməsi tərəfindən aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью