Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Xəzər dənizinin sahil ərazilərinin təmizliyinin təmin olunması və ətraf mühitə məsuliyyətli münasibətin təşviqi məqsədilə növbəti “Xəzəri Qoruyaq!” təmizlik aksiyası Lənkəran və Astara rayonlarında keçirilib. XQ Ekologiya və Təbii Sərvətlər nazirliyinə istinadən xəbər verir ki, aksiyada iştirak edən tərəfdaş qurumların nümayəndələri və könüllülər tərəfindən sahilboyu ərazilərdən ümumilikdə 300 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, “Xəzəri Qoruyaq!” aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, eləcə də dövlət və özəl qurumların tərəfdaşlığı ilə həyata keçirilir.
M.MİRZƏ
XQ