Xəzərin akvatoriyası 36 min kv.km azalıb Qazaxıstan

16.11.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

2025-ci ilin sentyabr ayına olan məlumata görə, Qazaxıstan sahillərində Xəzər dənizində orta dəniz səviyyəsi mənfi 29,31 metr olub və son on səkkiz ildə onun akvatoriyası 36 min kvadratkilometr azalıb.

Axar.az xəbər verir ki, “Kazhidromet”in verdiyi məlumatlara görə, bu ilin sentyabr ayında Qazaxıstanın monitorinq stansiyalarının yerləşdiyi şimal-şərq hissəsində orta dəniz səviyyəsi mənfi 29,15 metr, şərq hissəsində isə mənfi 29,46 metr olub.

Keçən illə müqayisədə Xəzər dənizinin səviyyəsi şimal-şərq hissəsində 20 santimetr, şərq hissəsində isə 17 santimetr azalıb.

Qazaxıstan daxilində sahil xətti bəzi yerlərdə 30-35 kilometr geri çəkilib.

Ən həssas sahələr Xəzər dənizinin şimal-şərq hissəsi, Ural çayı (Jayık) deltası və Mangistau bölgəsinin sahili hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью