Xəzərin geri çəkilməsi region ölkələrinə ziyan vurur Deputat DANIŞDI | Icma.az
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi iqtisadi baxımdan arzuolunan hal deyil.
Bu proses bir tərəfdən Xəzəryanı ölkələr arasında iqtisadi əlaqələrə təsir göstərir, digər tərəfdən isə Xəzərin potensialından və imkanlarından gələcəkdə daha səmərəli istifadə edilməsini çətinləşdirə bilər.
Eyni zamanda bu məsələ ekoloji xarakter daşıyır, çünki ətraf mühitin qorunması və ekoloji sağlamlıq baxımından Xəzər suyunun səviyyəsinin azalması heç bir halda arzuolunan deyil".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Xəzər dənizinin səviyyəsinin azalmasının Azərbaycanın iqtisadiyyatına hansı əsas riskləri yarada biləcəyindən danışarkən bildirdi.
Onun sözlərinə görə, Xəzər geri çəkildikcə, Xəzərlə bağlı layihələrin icrası da çətinləşir: "Dəniz səviyyəsinin enməsi həm canlı təbiətin qorunması baxımından, həm də ümumi ekosistem üçün mənfi nəticələr yaradır.
Məhz buna görə də Xəzəryanı ölkələr bu problemlə bağlı daha çevik və məqsədyönlü tədbirlər həyata keçirməyə çalışırlar.
Azərbaycan da bu məsələ ilə əlaqədar Mərkəzi Asiya ölkələri ilə apardığı danışıqlarda öz mövqeyini və təkliflərini irəli sürür.
Tam oxu
Xəbəri oxu