Xəzinəaxtaran 3 min yaşı olan qızıl qolbaq tapdı

23.09.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uelsdə xəzinə axtarışına çıxan şəxs 3 min yaşı olan qızıl qolbaq tapıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Llanuvçellində, Qerayt Edvards adlı fermerin torpaq sahəsində yaşanıb.

İdris Tomas adlı xəzinə ovçucu metalaxtaranın köməyi ilə qolbağı tapdıqdan sonra onun adi halqa olduğunu düşünüb. Amma müəyyən araşdırmalardan sonra tapıntının bürünc dövründə hazırlanmış qızıl qolbaq olduğu aydınlaşıb.

Qeyd edək ki, hazırda ətraflı ekspertizaya göndərilən qolbağın 92,8 faiz qızıldan olduğu və 15-20 min funt-sterlinq qiymətləndirildiyi bildirilir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью