XI Vüqar Həşimov Memorialının qalibləri müəyyənləşib

11.12.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Xankəndidə keçirilən XI Vüqar Həşimov Memorialının qalibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, yekun nəticələrə əsasən Yan Nepomnyaşi (FIDE) və Vladimir Fedoseyev (Sloveniya) 13 xalla birinci yeri bölüşüblər.

Son yarış gününün ardından bağlanış mərasimi keçirilib.

Qeyd edək ki, Memorialda ümumilikdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparıb.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayıblar.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью