Icma.az, Redaktor.az saytına istinadən bildirir. "Xiaomi" fevralın sonunda çoxdan gözlənilən "Xiaomi 15 Ultra" smartfonunu təqdim etməyi pla
Redaktor.az “GizmoChina” nəşrinə istinadla xəbər verir ki, Çinin "Weibo" sosial şəbəkəsində cihazın Çində satışa çıxarılma tarixini göstərən
Posterə əsasən, Çində "Xiaomi 15 Ultra" təqdimatı fevralın 26-da yerli vaxtla saat 19:00-da baş tutacaq.
Cihazın qlobal debütünü martın 3-dən 6-dək İspaniyanın Barselona şəhərində keçiriləcək MWC 2025-də edəcəyi gözlənilir.
Yayımlanan video "Xiaomi 15 Ultra"nın dizaynı ilə bağlı əvvəlki sızmaları təsdiqləyir.
Görüntülərdə yenilənmiş dörd kameralı quraşdırma, "Leica" brendi və keçən ilki "Xiaomi 14 Ultra"da dizayndan fərqli olan həb formalı LED fənəri göstərilir.
İlkin məlumata görə, "Xiaomi 15 Ultra"nın əsas kamerası 1 düym diaqonal və optik təsvir sabitləşdirməyə malik 50 meqapiksellik LYT-900 sensoru olacaq.
Ön kameranın "OmniVision OV32B" sensoru ilə 32 meqapiksel olacağı gözlənilir.