“Xiaomi 18 Pro” və “18 Pro Max” qlobal bazara çıxır Təqdimat tarixi açıqlandı

11.11.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Xiaomi” şirkəti yeni flaqman smartfonları “Xiaomi 18 Pro” və “18 Pro Max” modellərinin qlobal təqdimat tarixini açıqlayıb.

Lent.az xəbər verir ki, telefonlar noyabrın 17-də Parisdə keçiriləcək tədbirdə təqdim olunacaq.

Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq və şirkətin “YouTube” və “X” hesablarında canlı yayımlanacaq.

Modellərin əsas xüsusiyyətləri arasında “Leica” ilə birgə hazırlanmış iki 200 meqapiksellik kamera və arxa paneldə yerləşən əlavə ekran var. Hər iki telefon fərqli ölçülü ekranlarla təqdim ediləcək.

Standart “Xiaomi 18” və Ultra modellərinin bu tədbirdə təqdim olunması gözlənilmir.

Telefonların qiyməti və satış tarixləri hələ açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью