Xiaomi 2025 ci ilin ən gözəl smartfonunu nümayiş etdirdi | Icma.az
Icma.az, Lent az saytına istinadən bildirir. Xiaomi, Redmi Turbo 4 Pro smartfonunun aprelin 24-də təqdim ediləcəyini açıqlayıb.
Bundan əlavə, şirkət qarşıdan gələn yeni məhsulun görünüşünü nümayiş etdirən bir neçə afişa buraxıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkət “Xiaomi Turbo 4 Pro”nun "əldə rahat yatdığını deyir.
Bükülməyə davamlı olan metal çərçivə də qeyd olunur. Arxa örtük buzlu şüşədən hazırlanıb.
Xarici görünüşcə, yeni məhsul əsas Redmi Turbo 4-ə bənzəyir.
iPhone 16 üslubunda iki kameralı oval kamera bloku hazırlanıb, lakin flaş daha uzun olub.
"Bu, bəlkə də bu günə qədər ən gözəl Redmi smartfonudur", - Xiaomi rəsmiləri deyiblər.
“Redmi Turbo 4 Pro”nun texniki xüsusiyyətləri və qiymətləri artıq məlumdur. Bu, Snapdragon 8s Gen 4 prosessorlu ilk smartfon olacaq.
Tam oxu
Xəbəri oxu