Xiaomi havanı insana yönləndirən yeni kondisioner təqdim edib

15.04.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şirkət 3999 yuan dəyərində olan "Mijia Kondisioner Pro"nu təqdim edib. "GizmoChina" portalının yaydığı məlumata görə, qeyri-adi kondisionerin otaqda insanları izləmək funksiyası var.
Çin lazer silahları olan qırıcısını təqdim edib - VİDEO "Kondisionerdə hava axınının optimal istiqaməti üçün insanın yerinin avtomatik aşkarlanması texnologiyası var. Hətta texnikada lazım gələcəyi təqdirdə havanın insana çatmasının qarşısını ala bilən funksiya da var", - nəşr yazıb.
Kondisioner hava axınını ona görə belə dəqiq ötürə bilir ki, cihaz iki "mmWave" radar sistemi və "Lingyun AI" alqoritmi ilə təmin edilib.
Otaqda adam olmadıqda cihaz enerjiyə qənaət rejiminə keçir və bu, ildə elektrikə 361 kVt/saata qədər qənaət etməyə imkan verir.
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью